Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand Yunanıstanın Mikonos adasında istirahətdə olub.
Fanat.Az xəbər verir ki, dostlarıyla birlikdə yediyi şam yeməyinə görə 500 min avro ödəyib.
İnformasiyanı "Sportime.gr" yayıb. Bu məbləği 5-6 saatlıq istirahət üçün xərcləyən norveçli hücumçunun kirayələdiyi avtomobilə 30 min avro verdiyi də vurğulanıb.
Qeyd edək ki, Holand "Borussiya"ya 2020-ci ilin yanvarında Avstriyanın "Zaltsburq" klubundan keçib. "Transfermarkt" portalı gənc forvardın satış qiymətini 110 milyon avro ilə dəyərləndirir.
Atilla