UFC-264 turnirində ABŞ idmançısı Dastin Puarye ilə döyüşdə ayağı qırılan irlandiyalı Konor Makqreqor əməliyyat olunub.
Fanat.az xəbər verir ki, bu haqda o, Twitter-də paylaşım edib: "Uşaqlar, elə indicə əməliyyat otağından çıxdım! Hər şey əla keçdi! Təəssüratlarım əladır! Altı həftə əsa ilə keçirib qayıdacağam! Getdik!”.
Qeyd edək ki, Makqreqor ilə Puarye arasındakı duel ABŞ-ın Las Vegas şəhərində baş tutub. İlk raundun sonunda irlandiyalının ayağı qırılıb və o, mübarizəni davam etdirə bilməyib. Hakimlərin qərarı ilə Puarye texniki nokautla qalib elan olunub.
Mirağa