İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stüart Dauninq futbolçu karyerasına son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı 37 yaşlı futbolçunun son klubu olan "Blekbern”in mətbuat xidməti yayıb.
Dauninq peşəkar karyerasına 2001-ci ildə "Midlsbro”da başlayıb və 2009-cu ilə qədər bu klubun şərəfini qoruyub. İngiltərə yığmasında 35 oyuna çıxan Dauninq 2011-2013-cü illər aralığında "Liverpul"da top qovub.
Nihat