Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi ("Chessable Masters") davam edir.
Fanat.Az xəbər verir ki, onlayn yarışın dairəvi sistem üzrə keçirilən ilk mərhələsi başa çatıb.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 5 turda Yorden Van Forest (Niderland), Alireza Firuzca (Fransa), Uesli So (ABŞ), Levon Aronyan (Ermənistan) və Aryan Tari (Norveç) ilə üz-üzə gəlib.
36 yaşlı qrossmeysterimiz gün ərzində keçirdiyi bütün qarşılaşmalarını heç-heçə yekunlaşdırıb.
Beləliklə, 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Məmmədyarov adını pley-off (1/4 final) mərhələsinə yazdırıb.
Qeyd edək ki, avqustun 8-də başa çatacaq yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.
"Chessable Masters"
Üçüncü gün
11-ci tur
Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov 0,5:0,5
12-ci tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (Fransa) 0,5:0,5
13-cü tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
14-cü tur
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) 0,5:0,5
15-ci tur
Taryan Ari (Norveç) - Şəhriyar Məmmədyarov 0,5:0,5
Sahib Əsədbəyli