Avropa Liqasında "Neftçi”nin rəqibi olan Finlandiyanın HJK klubu baş məşqçisi Toni Koskela ilə müqavilə müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, cavab görüşü ərəfəsində baş məşqçisinə jest edən klub Koskelanın xidmətindən daha 2 il yararlanacaq. Başqa sözlə, 38 yaşlı Toni Koskela 2023-cü ilə HJK -nın baş məşqçisi vəzifəsini icra etdirəcək.
O, 2019-cu ildə may ayında Mika Lehkosuanı əvəz edib. 2020 mövsümündə Koskelanın rəhbərlik etdiyi HJK həm Finlandiya Kubokunu, həm də Finlandiya çempionluğunu qazandı.
Mirağa