"Çelsi"nin ispaniyalı müdafiəçisi Markos Alonso (Marcos Alonso) irqçilik əleyhinə jest sayılan diz çökməyə qarşıdır. O, daha diz çökməyəcəyini deyib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, futbolçu BLM-lə (Black Lives Matter) əlaqələndirilən bu jestin "gücünü itirdiyini" iddia edir.
Xatırladaq ki, BLM 25 may 2020-ci ildə ABŞ-da afroamerikalı Corc Floydun (George Floyd) polislər tərəfindən öldürülməsindən sonra aktuallaşıb. BLM bir çox sahədə olduğu kimi futbolda da tədbiq olunur. Hər oyun öncəsi futbolçular bir necə saniyəlik diz çökərək bu aksiyada iştrak edirlər.
Emin Şəmsiyev