Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya Varşava" Polşa kubokunda 1/32 final matçına çıxıb.
Fanat.Az xəbər verir ki, səfərdə "Viqri" ilə qarşılaşıb.
Mahir Suvalki təmsilçisi ilə oyuna ikinci hissədə, konkret, 56-cı dəqiqədə daxil olub. İlk yarısı 1:1 başa çatan oyunda dönüş məhz hücumçumuz oyuna qoşulandan sonra baş verib. 65-ci dəqiqədə hesabda önə keçən "Legiya"nın 3-cü, sonuncu qolunun müəllifi məhz Emreli olub.
Həmin görüşün videogörüntüsünü təqdim edirik:
Emin Şəmsiyev