17:28 07.10.2021 727

Rüstəm Orucov Parisdə yox, Bakıda çıxış edəcək

"Zədəmi yenicə sağaltmışam. Hazırda 80 faiz hazırlıqlı olduğumu deyə bilərəm. Bərpa olunmağa və məşq etməyə başlamışam. Daha bir tsikldə mübarizə aparacağımı düşünürəm".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı idmançı bərpa olunduqdan sonra ilk yarışının Bakıda keçiriləcək Böyük Dəbilqəyə təsadüf edəcəyini bildirib: "16-17 oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə zədə üzündən gedə bilməyəcəyəm. 5 - 7 noyabrda Bakıda təşkil olunacaq yarışadək bərpa olunacağımı və doğma publika önündə çıxış edə biləcəyimi düşünürəm".

Orucov milli komandanın yeni məşqçilər heyəti ilə çalışmağın asan və xoş olduğunu söyləyib: "Yeni məşqçilərimiz Mövlud Mirəliyev, Elçin İsmayılov və Elxan Rəcəbli dünya səviyyəlidirlər. Onlarla işləmək asan və xoşdur. Çünki özləri məni, mən isə onları tanıyıram. İndi yüklənmələr əvvəlkindən iki qat artıqdır. Mirəliyev elə bir insandır ki, idmançıların imkanlarından xəbərdardır. Ona görə də yüklənməni çox yaxşı verir".

Təcrübəli cüdoçunun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarından medalsız qayıtdıqdan sonra növbəti yarışlara köklənmək çətin və ağır olub: "Olimpiadadan sonra toparlanmaq ağır idi. Amma qaləbənin dadı məğlubiyyətlər olmadan hiss edilmir. Qorxulu bir şey yoxdur, özümüzü yenə göstərəcəyik".

Orucov Paris-2024-dək onu xeyli yarışın gözlədiyini diqqətə çatdırıb: "3 dünya və 3 Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları olacaq. Ona görə də növbəti olimpiadaya kökləndiyimi deməyim üçün tezdir. Hələlik özümü dünya çempionatı və İslamiadada göstərmək niyyətindəyəm". (Report.az)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X