Bir müddət öncə əməliyyat olunan “Qarabağ”ın legioneri Xayme Romero artıq fizioterapiyaya başlayıb.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun legioneri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
İspan oyuçu vətənində əməliyyatdan sonra bərpa prosesi keçir. 31 yaşlı yarımmüdafiəçinin 5-6 ay sonra yaşıl meydana qayıdacağı gözlənilir.
Romero Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə “Bazel”i ilə oyunda (0:0) zədələnmişdi.