Xorvatiyanın 21 yaşadək futbolçulardan ibaət milli komandasının baş məşqçisi İqor Bişçan AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında belə danışıb:
“Komandamdan və bu oyundan məmnun qaldım. Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam. Bu oyunu ciddi qəbul etdilər. Çox həvəsliydilər və onların oyuna yanaşması möhtəşəm idi. Əsas odur ki, biz seçmə mərhələdə uğurlu çıxışımızı davam etdiririk”.