Sadio Mane vurduğu qolla İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un hücumçusu 8-ci turun "Uotford"la oyununda erkən (8-ci dəqiqədə) qol vurub.
Bu qol 29 yaşlı futbolçunun İngiltərə Premyer Liqasında 100-cü qolu olub. Bununla da Mane Premyer Liqa tarixində penalti zərbələri endirmədən 100 qol vuran üçüncü futbolçu olub.
İlk pillədə 149 qol vuran "Tottenhem" in sabiq hücumçusu Les Ferdinand, ikinci sırada isə 110 qolla "Liverpul"un keçmiş hücumçusu Emil Heski yerləşib.
Qeyd edək ki, Mane İPL-də 100 qol vuran afrikalı futbolçular arasında da üçüncü yerdədir. Didye Droqba (104 qol) birinci, Məhəmməd Salah (103 qol) isə siyahıda ikincidir.
Emin Şəmsiyev