17:41 20.10.2021 595

"Ohanesyanın Bakıya gətirilməməsi "Kayrat"ın təşəbbüsüdür"- Gündüz Abbaszadə

Bir müddət öncə Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyanın "Qarabağ"a qarşı oyun üçün Bakıya gətirilməyəcəyi bəlli olmuşdu.

UEFA Konfrans Liqasının qrup oyunu üçün Azərbaycana səfər edən Almatı təmsilçisi "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adını salmağı məsləhət bilməyib.

Ermənistan mediası bu məsələni siyasiləşdirərək guya, futbolçunun oyunu buraxması və Bakıya gələ bilməməsini Azərbaycanla bağlı “problemlər”dən qaynaqlandığını iddia edib. Əslində isə Azərbaycan “Kayrat”ın heç bir futbolçusunun Bakıya buraxmayacağı və s. məsələlərlə bağlı heç bir rəsmi bəyanat vermədi. Nə klub səviyyəsində, nə də başqa...

Bir sözlə “Kayrat”ın futbolçusu Kamo Ohanesyanın Azərbaycana gətirilməməsi Qazaxıstan klubunun öz təşəbbüsüdür.

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib ki, “Kayrat”ın Azərbaycana səfər edəcək heyətinin siyahısı həftələr öncədən onlara göndərilibmiş. Həmin siyahıda isə hazırda siyasiləşdirilən bu futbolçunun adı ümumiyyətlə olmayıb.

- Kimin Bakıya gətiriləcəyinə klub özü qərar verib. Onlardan “niyə filan futbolçu siyahıda yoxdur?” soruşmaq etik cəhətdən düzgün olmaz. Bu bilirsiniz nəyə bənzəyir? Kayratın baş məşqçisi Qurban Berdıyevə niyə hansısa futbolçunu start heyətdə oynatmırsız sualını verə bilərik? Əlbəttə, xeyr! Bu klubun daxili işinə qarışmaq olar. Bu məqamı fürsət bilib idmanı siyasətə qatırlar. Biz hər zaman bunun əlehinə olmuşuq.

Gündüz Abbaszadə xatırlatma edib ki, ölkəmizdə keçirilmiş mötəbər yarışlarla bağlı Bakıya dəfələrlə erməni idmançılar səfər edib. Bu məsələ ilə bağlı bir dəfə də olsun problem yaşanmayıb.

- Ölkəmizdə hazırda on minlərlə erməni əsilli vətəndaşımız yaşayır. Biz qonaqpərvər xalqıq. Milli mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, ölkəmizə səfər edən, Azərbaycanın qanunlarına, ənənələrinə hörmət edən hər kəsə xoş gəldiniz deyirik! Necə ki, bunu bu gün etdik. “Kayrat”ı ən yüksək şəkildə qonaq edəcəyik. Başda baş məşqçiləri Qurban Berdıyev olmaqla, hər biri bizim üçün əzizdir. Onlar bizə yalnız meydanda oktyabrın 21-i saat 20:45-dən etibarən 90 dəqiqə ərzində rəqib olacaqlar.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

Facebookdan bizi izləməyi unutmayın.
X