UEFA Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, PSJ-sinin argentinalı ulduzu Lionel Messinin Parisdə "Mançester Siti"ni məğlub etdikləri oyununda (2:0) vurduğu qol birinci olub.
Messi həmin görüşün 74-cü dəqiqəsində uzaq məsafədən effektli vuruşla adını tabloya yazdırmışdı.
Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Leonun qolu 22 faiz səs toplayıb.
Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu isə Şotlandiya "Seltik"inin futbolçusu Kyoqo Furuhasinin evdə Macarıstan "Ferentsvaroş"una 2:0 hesabı ilə qalib gəldikləri III tur matçındakı dəqiq zərbəsi seçilib.