Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turu start götürüb.
Fanat.Az xəbər verir ki, beşinci oyun günündə daha iki matç keçirilib.
A qrupunda Kamerun millisi Efiopiyanı darmadağın edib. Kabo-Verde millisi isə Burkina Fasoya uduzub. Kabo Verde yığmasının şərəfini qoruyan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade start "11-lik"də yer alıb. Sözügedən futbolçu 73-cü dəqiqədə oyundan alınıb.
Afrika Millətlər Kuboku
A qrupu
13 yanvar
Kamerun – Efiopiya 4:1
Qollar: Ekambi, 8; 67. Abubakar, 53; 55 – Hotessa, 4.
Kabo Verde – Burkina Faso 0:1
Qol: Bande, 39.
Xal durumu: Kamerun – 6, Burkina Faso – 3, Kabo Verde – 3, Efiopiya – 0.