Portuqaliyalı futbolçu Luiş Naninin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı vinger karyerasını “Venetsiya”da davam etdirəcək.
Məlumatı İtaliya klubunun rəsmi saytı yayıb.
Nani ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçunun son klubu ABŞ “Orlando Siti"si olub.
Xatırladaq ki, Luiş Nani əvvəllər də İtaliya A Seriyasında oynayıb. O, 2017-2018-ci illər mövsümündə "Latsio"da forma geyinib.