"Neftçi"nin heyətində ayrılıq gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi argentinalı futbolçusu Xorxe Korrea ilə vidalaşmağı planlaşdırır.
Məsələni dəqiqləşdirmək üçün "Neftçi"yə müraciət etdik.
Klubun mətbuat katibi Rüstəm Allahverdiyev xəbəri təsdiqlədi: "Korreanın ayrılma ehtimalı var. Amma hələ ki, rəsmi bir şey deyə bilmərəm".
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçisi "Neftçi" klubuna keçən ilin yayında transfer olunub. Futbolçu "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasında 2 oyunda iştirak edib.
Emin Şəmsiyev