"Qalatasaray" klubunun tarixi isimlərindən biri dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin sabiq prezidenti Səlahəddin Bəyazıt 91 yaşında vəfat edib.
Məlumatı Türkiyə mətbuatı yayıb.
Qeyd edək ki, mərhum 1969-1973 və 1975-1979-cu illərdə "Qalatasaray"ın prezident olub. Komanda onun rəhbərliyi altında iki dəfə Super Liqanın qalibi olub, iki dəfə TSYD, iki dəfə Federasiya və iki dəfə Prezident kubokunu qazanıb.
Emin