"Tottenhem" "Yuventus"un yarımmüdafiəçisi Deyan Kuluşevskini icarəyə götürmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Mənbə İngiltərə klubunun yalnız Kuluşevskini heyətinə qata bilməyəcəyi halda, digər variantları nəzərdən keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, Deyan "Yuventus"a 2020-ci ildə "Atalanta"dan transfer olunub. Bu mövsüm A Seriyasında 18 oyuna çıxan 21 yaşlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.