Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirilən cavab matçının iştirakçısı olub.
O, 62-ci dəqiqədə meydana buraxılıb.
Zaqreb “Dinamo”su bu görüşdə 1:0 hesablı qələbə qazansa da, ilk oyunda 1:3 hesabıyla uduzduğu üçün mübarizəni dayandırıb.
Qeyd edək ki, Mahir Sevilyadakı matçda sonradan meydana çıxmaqla yeni komandasında debüt edib.