
"Liverpul"un baş məşqçisi Yürgen Klopp klubun müdafiəçisi Trent Aleksander-Arnold barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Goal" alman çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Bir də kimsə Trent Aleksander-Arnoldun yaxşı müdafiə olunmadığını desə, onu tapdalayacam. Bunu eşitməkdən bezmişəm. Hamını razı salmaq üçün bundan yaxşı nə etməlidir? O, "Arsenal"la matçda da Martinelliyə qarşı əla oynadı!"
İngiltərə Premyer Liqasının 27-ci turuna təsadüf edən "Arsenal" - "Liverpul" qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Nihat