"Zirə"nin qapıçısı Mehdi Cənnətov zədələnib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qolkiper "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyununda xəsarət alıb.
Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.
Qolkiperin zədəsinin nə dərəcədə ciddi olduğu indilik bəlli deyil.
Nihat