"Sumqayıt"ın müdafiəçisi Tellur Mütəllimov klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu karyerasını digər Premyer Liqa təmsilçisində - "Sabah"da davam etdirməkdə maraqlıdır.
Masazır təmsilçisi ilə müqavilə şərtlərini razılaşdıran Tellur bu yay azad agent qismində Murad Musayevin komandasına qoşulacaq.
Qeyd edək ki, Mütəllimov Azərbaycan millisinin də üzvüdür.
Emin