Azərbaycan para-atletləri İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində daha 2 medal qazanıb.
Fanat.Az xəbər verir ki, uzunluğa tullanma növündə çıxış edən Elçin Muradov (T11) 6.15 metr nəticə göstərərək qızıl medala sahib çıxıb.
Eyni növdəki Toğrul Hümbətov (T11) isə 5.73 metr nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan para-atletləri dünən - turnirin ilk günündə 3 qızıl və 1 gümüş medal əldə ediblər.