Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ilk raunddan azad olan Azərbaycan təmsilçisi “Qəbələ”nin bu mərhələdəki rəqibi bəlli olub.
Əyalət klubu "Fehervar" (Macarıstan) ilə qarşılaşacaq. "Qəbələ" ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
Röya