"Jil Visente"nin yarımmüdafiəçisi Samuel Linu karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, braziliyalı cinah oyunçusu "Atletiko Madrid" ilə müqavilə imzalayıb.
Bu barədə Madrid klubunun rəsmi saytı açıqlama yayıb.
22 yaşlı vingerlə müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" müqavilənin məbləğini 6,5 milyon avro göstərir.
Linu ötən mövsüm Portuqaliya çempionatında "Jil Visente"nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa