İtaliyanın "Montsa" klubunun baş direktoru Adriano Qalliani klubun gələn mövsüm üçün hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "La Gazetta dello Sport" təcrübəli funksionerdən sitat təqdim edib:
“Məqsədimiz ilk "10-luğ"a düşməkdir. Biz A Seriyasında qalmaq uğrunda mübarizədən danışmamalıyıq. İddialı planlar qururuq. Təvazökar olmaq lazım deyil. Keçən il A Seriyasında oynamaq haqqında danışmışdıq və sonda bunu bacardıq. Yeni hədəf budur - minimum 10-cu yer, aşağı yerlər tutmaq olmaz".
Qeyd edək ki, "Montsa" bu il İtaliya A Seriyasına yüksəlib.
Mirağa