İngiltərə millisinin sabiq yarımmüdafiəçi Cek Uilşer karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
30 yaşlı oyunçu şəxsi "Twitter" səhifəsi üzərindən futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan və karyerası ərzində "Bornmut", "Vest Hem", "Bolton" kimi komandalarda çıxış edən Uilşerin son klubu Danimarka "Orxus"u olub.