Futbol üzrə qadınlardan ibarət Norveç millisinin yarımmüdafiəçisi İnqrid Sırtad Enqen qadın və kişi futbolu arasındakı fərqdən danışıb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusunun söylədiklərini NRK belə çatdırıb:
"Peşəkar futbolla məşğul olan qadınların qazancı ildən-ilə artır, amma kişi futbolu ilə müqayisədə görünən aşkar fərq azalmır. Çünki kişilərin də maddi gəliri yüksəlməkdədir. Əlbəttə, biz - qadınlar vəziyyətin yaxşıya doğru dəyişdiyini hiss edirik. Amma söylədiyim kimi, kişi futboluna baxsaq, arada uçurum var".
Xatırladaq ki, daha öncə Norveç millisinin digər üzvü Karolina Hansen bu barədə danışmış, aradakı böyük fərqdən şikayətlənmişdi.
Nihat