Bir müddət əvvəl "Tottenhem"in sabiq ulduzu Emmanuel Adebayor müsahibəsində keçmiş komanda yoldaşı rusiyalı futbolçu Roman Pavlyuçenkonun məşqlərə sərxoş halda gəldiyini demişdi.
Fanat.Az xəbər verir ki, Pavlyuçenko "RİA sport" saytına açıqlamasında bunların yalan olduğunu deyib.
“Adebayor özündən söz uydurandır. Birincisi, mən həyatımda heç vaxt məşqə sərxoş gəlməmişəm. Xüsusilə həftədə iki və ya üç oyun keçirən İngiltərə Premyer Liqsında. Mən heç Rusiyada belə məşqlərə sərxoş halda da gəlməmişəm. Mən içib sonra isə sərxoş halda məşq edə bilmərəm - bu axmaqlıqdır! Hekayə tamam başqa cur olub. "Arsenal"la derbi oyunundan sonra paltardəyişmə otağında şampan içmişdik. Daha sonra bunu qeyd etmək üçün restorana yollanmışdıq. Adebayor orada olan hadisələri məşqdəki kimi qələmə verir", - deyə Pavlyuçenko bildirib.
Emin