"Fiorentina" "Real Madrid"in hücumçusu Luka Yoviçi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı Florensiya təmsilçisinin rəsmi saytı yayıb.
24 yaşlı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, kral klubu 2019-cu ildə Serbiya millisinin oyunçusu üçün "Ayntraxt"a 60 milyon avro ödəmişdi.
Emin