Ukraynanın "Şaxtyor Donetsk" klubu FIFA-nı məhkəməyə verəcək.
Fanat.Az xəbər verir ki, informasiya ukraynalı idman jurnalisti İqor Tsiqanikə məxsusdur.
Məlumatda bildirilir ki, "Şaxtyor" FİFA-nın əcnəbi futbolçuların müqavilələri ilə bağlı tətbiq etdiyi yeni qaydadan narazıdır. Klub rəhbərliyi hesab edir ki, FIFA futbolçularla yanaşı, klubları da qorumalıdır.
Qeyd edək ki, FIFA Rusiya və Ukrayna Premyer Liqasında çıxış edən legionerlərə müqavilələrini 2023-cü ilin iyununadək dayandırmağa icazə verib.
Emin