"İnter" qapıçısı Samir Handanoviç ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, 37 yaşlı qolkiper 2023-cü ilin yayına qədər A Seriyası təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, sloveniyalı əlcək ustası 2012-ci ildən Milan klubunun şərəfini qoruyur.