"Liverpul"un baş məşqçisi Yürgen Klopp ulduz futbolçu Məhəmməd Salahın müqaviləni yeniləməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis klubun rəsmi saytına danışıb.
Klopp Salahın "Liverpul"da qalmasına görə xoşbəxt olduğunu bildirib:
"Bilirdim ki, bu, baş tutacaq. Əmindim ki, Salah "Liverpul"da qalmaq istəyir. İndi o, çox xoşbəxtdir. Biz də çox xoşbəxtik. Çünki Salah dünya səviyyəli oyunçudur".