"Mançester Siti" rəsmi saytı vasitəsi ilə Dortmund "Borussiya"sının müdafiəçisi Manuel Akancini heyətinə qatdığını bildirib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu ilə müddəti 2027-ci ilin yayına qdərə olan müqavilə imzalanıb.
Müqavilənin maddi şərtləri açıqlanmayıb. Akanci ənənəvi qaydada ilkin təəssüratlarını bölüşüb: "Xosep Quardiola fantastik məşqçidir. "Mançester Siti"nin mükəmməl heyəti var. Özümü sübut etmək üçün əla şans qazanmışam. Özümü İngiltərə Premyer Liqasında sınamaq, klubumun uğur qazanmasına yardımçı olmaq üçün səbirsizlənirəm".
Nihat