12:14 09.09.2022 2444

"Referi "Qarabağ"ın penaltisini bilərəkdən vermədi" - Tahir Süleymanov

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Frayburq" - "Qarabağ" (2:1) matçındakı hakim qərarları ciddi müzakirə mövzusudur. Qapısına mübahisəli penalti təyin edilən Ağdam təmsilçisinin özünün "nöqtə"dən fərqlənmək şansından məhrum edilməsi azərbaycanlı azarkeşləri üzüntülərə qərq etdi. 

Beynəlxalq dərəcəli hakim, sabiq FİFA referisi Tahir Süleymanov "qarapaltarlılar"ın Almaniyadakı idarəçiliyini Fanat.Az üçün dəyərləndirdi:

"Frayburq" - "Qarabağ" matçının hakim idarəçiliyinə qiymət verilməsi üçün oyuna tam nəzər yetirilməlidir. Futbol ictimaiyyəti, azarkeşlər arasında epizod çox müzakirə edilir, fərqli fikirlər səsləndirilir. "Qarabağ"ın qapısına verilən penalti gözlənilməz qərar oldu. Həkimlərin zədəli futbolçuya tibbi yardımı VAR-a vaxt qazandırdı, matçı saxlamadan epizod araşdırıldı. Sərt qərarın verilməsi sistemin futbola necə fayda verdiyi görüntüsü yaratdı. Ağdamlılar toparlanıb qolların birinin əvəzini çıxandan sonra oyunda vəziyyət dəyişdi. 

İkinci yarıda hakimlər xırda follar, aut qərarları ilə "Frayburq"a görünməz dəstək verdilər. Buna baxmayaraq, Azərbaycan çempionu hücumlarını davam etdirirdi. Cərimə meydanı yaxınlığında rəqib futbolçunun aşkar, bilərəkdən ötürmənin qarşısını əllə saxlaması "sarı"sız qaldı. Digər epizodda Doanın futbolçumuzu tutub saxlamasına ikinci sarı, ardınca qırmızı vərəqə qərarı verilə bilərdi. Hakimlər artıq açıq şəkildə "Frayburq"a simpatiya göstərirdilər. Ardıcıl epizodların son həddi cərimə meydanında Zubirin qarşısının kəsilməsi oldu. 

Qaydalar top uğrunda mübarizədə futbolçuların tam bərabər şəkildə çiyin-çiyinə təmasına icazə verir. Top Zubirə ötürülərkən nəzarət futbolçumuzda idi. O, zərbə mövqeyinə çıxmışdı. Rəqib futbolçu top uğrunda mübarizəyə qoşula bilmirdi. Zubirin sol tərəfindən də müdaxilə mümkün deyildi. O, gövdəsi ilə topu mükəmməl bağlamışdı. Müdafiənin top almaq, qaydalar çərçivəsində Zubirə mane olmaq şansı ancaq qarşı və sağ tərəfdən ola bilərdi. Rəqib epizoda gecikərək sağ qolu ilə Zubirin zərbə anında sol-arxa tərəfindən açıq-aşkar itələdi. "Frayburq"un futbolçusunun top uğrunda çiyin-çiyinə mübarizə şansı yox idi. Yüz faizlik qayda pozuntusu qərarı ilə penalti təyin edilməli idi. Buna görə VAR-a ehtiyac da yox idi. Belçikalı referi səhv etmədi, cəriməni də görürdü və penaltini bilərəkdən vermədi. Öncəki epzodların ardıcıllığı bunu sübut edir. VAR otağındakıların epizoda baxması görüntü və baş hakimin qərarına dəstək xarakteri daşıyırdı. Bununla da hakimlər briqadasının ilk dəqiqələrdə axtarıb tapdıqları penaltinin obyektivlik nümunəsi yox, almanlara kömək etmək məqsədi olduğunu əyani göstərmiş oldular. "Avropa birliyi" Almaniya Bundesliqasının liderinin "Qarabağ" qarşısında büdrəməsinə imkan vermədi".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X