"Bayern Münhen" baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yayıb.
Xəbərə görə, Bundesliqa təmsilçisi komandanın başına "Çelsi"dən ayrılan Tomas Tuxeli gətirmək niyyətindədir.
Qeyd edək ki, "Bayern Münhen" Almaniya çempionatında 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.