Azərbaycan para-pauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Açıq Avropa çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan ağırlıqqaldıranımızın ən yaxşı nəticəsi 66 kq, ümumi göstəricisi isə 126 xal olub.