Azərbaycan para-pauerliftinq millisində baş məşqçi dəyişikliyi olub.
Fanat.Az xəbər verir ki, yığmanın çalışdırıcısı İlqar İbişov vəzifəsindən kənarlaşdırılıb. Onu bu postda Elşən Hüseynov əvəzləyib.
Elşən Hüseynov 243 kq nəticə ilə dünya rekordçusu olub. O, Pekin 2008, London 2012, Rio 2016 və Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının tərkibində iştirak edib.