Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün səkkizinci turun görüşləri keçiriləcək.
Azərbaycan komandaları aşağıdakı rəqiblərlə qarşılaşacaq.
VIII tur
İran - Azərbaycan-1
Türkiyə-3 - Azərbaycan-4
Azərbaycan-2 - İngiltərə
Azərbaycan-3 - Panama
Azərbaycan-Naxçıvan - Livan
Misir - Azərbaycan-Sumqayıt
Yeddi turdan sonra Azərbaycan-1 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Azərbaycan-4 8 xalla 12-cidir. İlk üç sırada Türkiyə (14 xal), Özbəkistan-1 (11 xal) və Qazaxıstan (10 xal) yer alıblar.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.