08:30 31.10.2022 4517

"Qarabağ" AL-in pley-offuna necə çıxa bilər? - Bütün variantlar

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Fransanın "Nant" komandası ilə üz-üzə gələn "Qarabağ" 1:2 hesabı ilə uduzaraq tarixində ilk dəfə sözügedən turnirin pley-offunda oynamaq şansını son tura saxladı. Ağdamlılar noyabrın 3-də öz meydanında lider "Frayburq"u qəbul edəcəksə, fransızlar Pireydə "Olimpiakos"un qonağı olacaq.

Qrupdakı duruma əsasən, Bunesliqa komandası artıq liderliyi təmin edib, yunanların qrup sonuncusu mövqeyinin dəyişməyəcəyi 5-ci turda rəsmiləşib. "Nant"la Azərbaycan çempionu isə digər vəsiqə uğrunda mücadilə edəcək.

 

Bəlli məsələdir ki, Qurban Qurbanovun yetirmələri Bakıda "Frayburq" üzərində qələbə qazansa, digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq adını pley-offa yazdıracaq. Belədə, təmsilçimiz xal hesabını 10-a çatdıracaq və "Nant"ın Yunanıstanda mümkün zəfəri nəyisə dəyişməyəcək.

 Hərçənd "köhlən atlar" nəinki uduzaraq, almanlarla bərabərə qalaraq da AL-lə vidalaşa bilər. Bu, o halda gerçəkləşəcək ki, təmsilçimizin heç-heçəsi fonunda "sarı bülbüllər" "Olimpiakos"u qonaq qismində istənilən hesabla yensin.

Həm "Nant", həm də Ağdam komandası uduzacağı təqdirdə, Azərbaycan futbolunda növbəti tarixi ilkin dəqiqləşəcəyi bəllidir. Lakin "Qarabağ" uduzsa belə, səfərdə qazanılan 1 xal Fransa komandasının işinə yaramayacaq. Çünki xallar bərabər olarsa, komandaların öz aralarındakı oyunlar əsas götürülür. Aşağıdakı meyarlara diqqət yetirsək, niyə "Nant"ın Yunanıstanda qələbəyə oynamaq məcburiyyətində qalacağını anlayarıq. Eyni xala malik kollektivlər arasında üstünlük bu şəkildə müəyyənləşdirilir:


1. Komandaların öz aralarındakı oyunların nəticəsi
2. Komandaların öz aralarındakı oyunlarda vurulan qolların fərqi
3. Komandaların öz aralarındakı oyunlarda vurulan qolların sayı

1-3 kriteriyalar da kimin üstün olduğunu müəyyənləşdirə bilməsə, yəni yuxarıdakı göstəricilər eyni olarsa, aşağıdakı göstəricilər nəzərə alınır: 

1. Qrupdakı top fərqi
2. Qrupdakı qol sayı
3. Qrupdakı səfər qollarının sayı
4. Qrupdakı qələbə sayı
5. Qrupdakı səfər qələbələrinin sayı
6. Qrupdakı "fair-play" xalı (sarı vərəqə 1, qırmızı vərəqə 3, sarı + vərəqə 4 cəza xalıdır)
7. Komandaların son 5 ildə UEFA reytinqindəki mövqeyi

"Qarabağ" evdə 3 cavabsız qolla yendiyi "sarı bülbüllər"ə qonaq qismində 1:2 hesabı ilə məğlub olduğundan öz aralarındakı görüşlərdə ciddi üstünlüyü var. Deməli, digər bəndlərin işə düşmək ehtimalı sıfırın altındadır.

Nihat Ağasoy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X