13:33 08.12.2022 340

Azərbaycan dünya çempionatında olmayacaq - Açıqlama

Azərbaycan üzgüçülük yığması 13-18 dekabrda Avstraliyanın Melburn şəhərində keçiriləcək dünya çempionatına qatılmayacaq.

Bu barədə Fanat.Az-a yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov açıqlama verib.

"Əsas yığmanın aparıcı idmançıları hələ xeyli gəncdir. Ramilin də, Məryəmin də cəmi 18 yaşları var. Avstraliya ilə yol uzaqlığını da nəzərə alsaq, onları sadəcə iştirak olsun deyə okeanın o tayına aparmaq əlavə əziyyət və xərc olardı. Durum elədir ki, biz ora bir ay əvvəl getməliyik. Açıq danışsaq, belə vəziyyətdə onların normal nəticə qazanması çətin olar. 

Əvəzində, biz idmançılarımızı noyabrda Macarıstan açıq çempionatında sınaqdan keçirdik. Bildiyiniz kimi,  Macarıstan üzgüçülükdə hegemon ölkələrdən sayılır. Həmin yarışda da tanınmış, titullu üzgüçülər yarışırdı. İdmançılarımızın nəticəsi də kifayət qədər qənaətbəxş oldu" - deyə, Əbdürəhmanov qeyd edib.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X