
Fransanın "Pari Sen-Jermen" klubu İtaliyanın "Parma" komandasında çıxış edən Zion Suzuki ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı yaponiyalı qapıçının transferi üçün ilk təmaslara başlayıb.
Transfer dəyəri 30 milyon avro civarında qiymətləndirilən qolkiperin İtaliya klubundakı uğurlu çıxışı böyük komandaların diqqətini cəlb edib.
Danışıqların müsbət yekunlaşacağı təqdirdə, gənc qapıçı karyerasında növbəti böyük addımı Fransa çempionatında ata bilər.