Novak Cokoviç 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyini açıqlayıb.
Fanat.Az "Sportstar" jurnalına istinadən xəbər verir ki, dünyanın bir nömrəli tennisçisi belə danışıb:
"Ölkəm üçün qızıl medal qazanmaq istəyirəm. Bu, unikal və xüsusi bir şey olar".
Qeyd edək ki, Paris olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.