İspaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.
Fanat.Az xəbər verir ki, imtinanın səbəbini 37 yaşlı idmançı özü açıqlayıb:
“Melburna çatanda müayinədən keçdim, əzələmdə mikroyırtıq olduğu üzə çıxdı. Hazırda 5 setlik qarşılaşmalarda yüksək səviyyədə mübarizə aparmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və istirahət etmək üçün İspaniyaya qayıdıram”.
Qeyd edək ki, Rafael Nadal 2009 və 2022-ci illərdə Avstraliya Açıq çempionatının qalibi olub.