Avstraliya Açıq çempionatının qadın iştirakçıları arasında qalib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, belaruslu Arina Sobolenko finalda Çin təmsilçisi Zhenq Qinveni üstələyib.
Həlledici qarşılaşma 25 yaşlı Sobolenkonun 2:0 (6:3, 6:2) hesablı qələbəsi ilə yekunlaşıb.
Arina ardıcıl ikinci dəfə bu titula sahib çıxıb.