30 yaşlı ispan tennisçi Aaron Kortes danışılmış oyunlarda iştirak etdiyi üçün 15 il - 2039-cu ilə qədər diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.
ITIA-nın bəyanatında deyilir: "Bu, müsabiqə nəticələrinin saxtalaşdırılması, bunun üçün pul alınması, korrupsiya əməlləri barədə məlumat verilməməsi, tennis mərcləri və turnir rəsmilərinə kart müqabilində pul verilməsini əhatə edir".
Qeyd edək ki, 2017-ci ildə 955 xalla dünya reytinqində zirvəyə yüksəlməyə nail olan Kortes 2016-2018-ci illərdə tennisdə korrupsiyaya qarşı mübarizə çərçivəsindəki soruşdurmada 35 dəfə pozuntuya yol verdiyini boynuna alıb və istintaqla tam əməkdaşlıq edib. Buna görə də o, həmin vaxt daha qısamüddətli cəza alıb.