Qananın Akkra şəhərində yeniyetmələr arasında keçirilən tennis turnirində dava düşüb.
Fanat.Az xəbər verir ki, fransalı tennisçi Maykl Koyame yerli idmançı Rafael Ni Ankraha uduzduqdan sonra özünü ələ ala bilməyərək rəqibini vurub.
Onun davranışı gərginliyə səbəb olub. Belə ki, tribunadakı tamaşaçılar korta axışıb və münaqişə böyüyüb. Valideynlər, məşqçilər və azarkeşlərin iştirakı ilə davada yumruqlar, stullar və butulkalar işə düşüb.
Number 1 seeded player Michael Kouame from France 🇫🇷 slaps Raphael Nii Ankrah 🇬🇭 after losing in the ongoing TGF ITF jnrs world tour at the Accra sports stadium pic.twitter.com/pj4WjfifXZ
— SHARP SHOOTER 🔫 (@Kwesi_Gibson) April 4, 2022
Mirağa