15:36 30.05.2022 1132

"Ermənipərəst fransız mənə dedi ki, hər yerdə yolunu bağlayacağam" - MÜSAHİBƏ

İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində nüvəitələmə və diskatma növlərində qızıl medal qazanan Azərbaycan para-atleti Oloxan Musayev Fanat.Az-a müsahibə verib. Pekin-2008 Paralimpiadasının qalibi sözügedən yarışdakı nəticəsi, yığmamızın bayraqdarı olduğu son - Tokio-2020 Oyunlarında üzləşdiyi uğursuzluğun səbəbləri və karyerasının gələcəyi barədə danışıb. 

- Oloxan bəy, Tokio-2020-dən sonra karyeranızı bitirəcəyinizi demişdiniz. Sizi yenidən idmana qaytaran səbəb nə oldu?
- Tokio Paralimpiadası mənim üçün çox böyük uğirsuzluqla yadda qaldı. Nəticəmin zəif olmasının da məndən asılı olan və olmayan səbəbləri var idi. Demişdim ki, karyeramı ikiqat paralimpiya çempionu kimi bitirmək istəyirəm. Lakin elə haldaydım ki, artıq belə də idmanla vidalaşmaq niyyətindəydim. Sözün əsl mənasında, depressiyadaydım. Sağ olsun, yığmamızın baş məşqçisi Oleq Panyutin və ətrafımdakı digər insanlar mənə çox dəstək göstərdilər. Demişdim ki, Oleq müəllim, vəssalam, mən daha bu idmanla qurtardım. O isə məşqə hər yeni idmançı gələn zaman mənə zəng edirdi ki, Oloxan, bu idmançını göndərirəm yanına, bir yoxla. Tələbələrlə məşğul ola-ola özümdə də təzədən həvəs yarandı. Nəzərinizə çatdırım ki, İsveçrədəki son yarışda qızıl medal qazanan Rasim Yaxin, gümüş və bürünc medalçılar - Arzuman Paxırovla Nicat Vəlizadə mənim şəxsi tələbələrimdir.

- Tokio Paralimpiadasında hər kəs sizdən qızıl medal gözləyirdi. Nüvəitələmədəki şəxsi rekordunuzun əlçatmazlığını nəzərə alsaq, hətta ümumən Azərbaycan paralimpiya komandasının heyətində çempionluğa əsas namizəd sayılırdınız. Qeyd etdiniz ki, uğursuzluqda sizdən asılı olmayan səbəblər də rol oynadı. Bu barədə ətraflı danışarsınız.
- Bəli, mən çempionluğa əsas namizədiydim. Yarışdan öncə də ölkəmə qızıl medal qazandıracağıma əmin idim. Oyunlara çox az qalmış bununla bağlı elə sizin sayta da açıqlama vermişdim. Lakin idmanda şans da önəmlidir. Yarış vaxtı yaşanan xoşagəlməz hallar sonda sözünü dedi. Belə ki, rəqib nümayəndə heyətləri bizim komandanın həmin günəqədərki yüksək nəticəsindən və öz şəxsi rekordumdan qorxuya düşüb mənim kateqoriyamla bağlı protest vermişdilər. Halbuki mən F55 kateqoriyasını almaq üçün nə qədər əziyyət çəkmişəm. Əvvəllər tibbi təsnifata fransalı həkim nəzarət edirdi. Həmin baş həkim ermənipərəstiydi, ona görə məni ümumiyyətlə gözü götürmürdü. Üzümə demişdi ki,  nə qədər ki, mən burdayam, səni bu kateqoriya üzrə yarışmağa qoymayacağam, hər yerdə yolunu bağlayacağam. O gedəndən sonra haqq-ədalət yerini tapdı. Mənə haqqım olan F55-i verdilər. Amma, dediyim kimi, idmanda şans da yaxşı şeydir. Bu xoşagəlməz vəziyyət, üstəlik, yarış vaxtı yaşanan digər hallar mənə pis təsir elədi. Mən Tokioya səhhətimdəki problemlər, konkret yüksək qan təzyiqi ilə yollanmışdım. Bu çək-çevirlər səbəbindən təzyiqim birdən-birə 200-ə qalxdı. O haldaydım ki, artıq nüvəni hiss eləmirdim. Belədə nəticəm heç 12 metrə də çatmadı. Halbuki 12.65 metr göstərici ilə çempion olan Braziliya idmançısından qat-qat yaxşı nəticə göstərmişdim. Yeri gəlmişkən, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti braziliyalı olduğundan, bu ölkənin idmançıları üçün hər yerdə yaşıl işıq yandırılır. Həmin idmançının atışlarının daha yüksək olmağı üçün süni nə dəstək lazım idisə, etdilər. 

- Bu, sizin haqsızlıqla üzləşməyiniz barədə ilk fikirləriniz deyil. Daha əvvəl də bir neçə dəfə bu kimi hallarla qarşılaşdığınızı bildirmisiniz. Niyə belə olur?
- Bilmirəm. Hər halda şəxsi rekordumdan xəbərdar olduqları üçün ola bilər.

- İsveçrə Qran-Prisi Tokio Paralimpiadasından sonra ilk yarışınız idi. Həm nüvəitələmədə, həm də diskatmada qızıl medal qazandınız. Yarış barədə təəssüratlarınızı öyrənək.
- Düzü, bu yarışa demək olar ki, heç bir hazırlıq olmadan qatılmışdım. Formamdan çox uzağam. Ancaq medal medaldır. İsveçrədəki nəticə də karyeramı davam etdirmək üçün bir stimul oldu. Səhhətim də qaydaya düşüb. Sentyabra kimi formamı tam bərpa edəcəyəm. Növbəti il isə bizi Parisdə dünya çempionatı gözləyir. Orada ilk dörd yer Paris-2024 Paralimpiadasına lisenziya qazandıracaq. İlk cəhddəcə vəsiqə qazanmaq istəyirəm.

Sahib Əsədbəyli


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" inamlı qələbəyə sevindi

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X