Azərbaycan paralimpiyaçıları Niderlandda 3 bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, boccia idman növü üzrə milli komandanın üzvləri Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin bürünc medalına sahib çıxıbıar.
Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.