Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
Son Dünya Kubokunun finalçısı olan 33 yaşlı “iti zəka sahibi” ölkəsinin bayrağı altında çıxış edə bilməməsi və qalib olacağı halda dövlət himninin səslənməyəcəyi səbəbi ilə turnirdə iştirakdan imtina etdiyini bildirib:
“FIDE-dən (Beynəlxalq Şahmat Federasiyası - red.) Dünya Kubokunda iştirak üçün dəvət almışam. Bu, sevdiyim yarışdır. Çünki pley-off sistemi ilə keçirilir. Üç dəfə Dünya Kubokunda çıxış etmişəm. Lakin növbəti yarışda ölkəmi təmsil edə bilməyəcəyəm".
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə FIDE bu ölkənin idmançılarına beynəlxalq turnirlərdə yalnız neytral statusda iştiraka icazə verir. Bakıdakı Dünya Kuboku 30 iyul - 24 avqust tarixləri aralığında keçiriləcək.Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
Son Dünya Kubokunun finalçısı olan 33 yaşlı “iti zəka sahibi” ölkəsinin bayrağı altında çıxış edə bilməməsi və qalib olacağı halda dövlət himninin səslənməyəcəyi səbəbi ilə turnirdə iştirakdan imtina etdiyini bildirib:
“FIDE-dən (Beynəlxalq Şahmat Federasiyası - red.) Dünya Kubokunda iştirak üçün dəvət almışam. Bu, sevdiyim yarışdır. Çünki pley-off sistemi ilə keçirilir. Üç dəfə Dünya Kubokunda çıxış etmişəm. Lakin növbəti yarışda ölkəmi təmsil edə bilməyəcəyəm".
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə FIDE bu ölkənin idmançılarına beynəlxalq turnirlərdə yalnız neytral statusda iştiraka icazə verir. Bakıdakı Dünya Kuboku 30 iyul - 24 avqust tarixləri aralığında keçiriləcək.